Sosial yardımın təyin olunması ilə bağlı - YENİLİK

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Ünvanlı dövlət sosial yardımı haqqında" qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
ENA.az xəbər verir ki, qanunun 9-cu maddəsində ( Sosial yardımın təyin olunması zamanı ailə tərkibində nəzərə alınmayan şəxslər) 9.0.1-ci bəndində "qocalar, əlillər və ya sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evlərində" sözləri "ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələrində" sözləri ilə əvəz edilir.
!@#
Dəyişikliklə sosial yardımın təyin olunması zamanı yardımın verilməsi üçün ailə tərkibində ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələrində yaşayan şəxslər nəzərə alınmayacaq.
Qanuna dəyişiklik müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.











