Sığortaçılar Assosiasiyasında YENİ TƏYİNAT

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Hüquq komitəsinə yeni sədr seçilib.
ASA-dan verilən məlumata görə, bu gün Azərbaycan Sığortaçılar Assosiasiyasının Hüquq komitəsinin növbəti iclası keçirilib. İclasın gündəliyində duran əsas məsələlərdən biri komitə sədrliyi ilə bağlı olub. Bu vəzifəyə ASA-nın hüquqşünası Əziz Əlizadə seçilib.
!@#
Qeyd edək ki, Ə.Əlizadə əmək fəaliyyəti ərzində müxtəlif yerli və xarici şirkətlərin menecmentində təmsil olunub. O, təşkilati strukturun idarə edilməsi, yeni biznes müəssisələrin inkişaf etdirilməsi, şirkətdaxili korporativ hüquqi problemlərin həlli, o cümlədən genişmiqyaslı beynəlxalq tiçarət əməliyyatlarını həyata keçirib.











