Əsas məzmuna keç
Bakı +17°, aydın
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Sığorta

Sığorta şirkətinin rəhbərliyi dəyişdi – TƏYİNAT

Sığorta şirkətinin rəhbərliyi dəyişdi – TƏYİNAT

“Standard Insurance” ASC-nin yeni rəhbərliyinin adı açıqlanıb.

"Businessinsider.az" xəbər verir ki, Direktorlar Şurası sədri Rəhman Babayevin adı siyahıdan götürülüb və yerinə Nicat Məmmədov təyin olunub. 

Digər D.Ş üzvləri olan Oruc Heydərov və Emin Babayevin adı siyahıda yer almayıb.

İdarə Heyətində də daha bir şəxsin adı yeni siyahıda yer almayıb. Bu, İdarə Heyəti üzvü Rövşən Bayramovdur.

Xatırladaq ki, “Standard Insurance” ASC 2002-ci ildən fəaliyyıta başlayıb, nizamnamə kapitalı hazırda 11 mln. manatdır. Sığorta Şirkətinin səhmləri bir hüquqi şəxs olan “AB Standard” Şirkətlər Qrupuna (Bağlanan “Bank Standard” QSC-nin səhmdarı) məxsusdur.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə