Əsas məzmuna keç
Bakı +10°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Rəsmi

Azərbaycanda 9 hakim barəsində araşdırma aparılır

Azərbaycanda 9 hakim barəsində araşdırma aparılır

Azərbaycanda ümumilikdə 9 hakim barəsində araşdırma aparılır.

"BI"nin əldə etdiyi xəbərə görə, onların barəsində iş materialları hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılır.

Qeyd edək ki, bir müddət əvvəl hakimlər barədə intizam icraatlarına baxılaraq, kobud qanun pozuntularına və korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə görə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Akşin Əfəndiyevin tutduğu vəzifədən azad olunaraq başqa işə keçirilib. Sumqayıt Şəhər Məhkəməsinin hakimi İlyas Mahmudov işdən çıxarılıb, Zaqatala Rayon Məhkəməsinin hakimi Arif İsmayılov həbs edilib.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə