Əsas məzmuna keç
Bakı +11°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Qeyri-bank

Rəqəmsal rubl istifadəyə buraxılır. Putin qanunu təsdiqlədi

Rəqəmsal rubl istifadəyə buraxılır. Putin qanunu təsdiqlədi

Rusiya prezidenti Vladimir Putin ölkədə rəqəmsal rublun tətbiqi ilə bağlı qanunu təsdiqləyib. ENA.az xəbər verir ki, Putinin imzaladığı fərmana əsasən, Rusiyada rəqəmsal rubldan istifadəyə başlanılacaq.

Rusiya rublunun nağd və nağdsız istifadə ilə yanaşı rəqəmsal şəkildə istifadəsini nəzərdə tutan fərmana əsasən, qurulacaq yeni elektron platforma vasitəsilə əməliyyatlar mümkün olacaq.

Fərmanda qeyd olunub ki, sözügedən platforma Rusiya Mərkəzi Bankı tərəfindən idarə olunacaq.
 

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə