Əsas məzmuna keç
Bakı +8°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Gündəm

“Qarabağ” – “Qalatasaray” oyunundan əldə edilən gəlir açıqlandı

“Qarabağ” – “Qalatasaray” oyunundan əldə edilən gəlir açıqlandı

"Qarabağ" klubu "Qalatasaray" ilə Bakıdakı xeyriyyə matçından əldə olunan vəsaiti açıqlayıb.

Klubdan verilən məlumata görə, görüşün gəlirləri 1 090 455 manat (təqribən 12 336 000 türk lirəsi) təşkil edib.

Məbləğ qardaş ölkədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə göndəriləcək. Vəsaitin bir hissəsi isə (oyunun Türkiyədəki yayım hüququndan gələn və oradan verilmiş reklam gəlirləri) İstanbul təmsilçisi tərəfindən açılmış yardım hesabına köçürüləcək.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda oynanılmış "Qarabağ" - "Qalatasaray" matçı qonaq komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə