Əsas məzmuna keç
Bakı +10°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Hi-Tech

OpenAI uşaqlara qarşı zorakılıq görüntülərini aşkarlayan yeni alət hazırlayıb

OpenAI uşaqlara qarşı zorakılıq görüntülərini aşkarlayan yeni alət hazırlayıb

OpenAI uşaqlara qarşı zorakılıq görüntülərini aşkarlayan yeni alət hazırlayıb

OpenAI uşaqlara qarşı cinsi istismar görüntülərini, o cümlədən süni intellekt vasitəsilə yaradılan materialları müəyyən edə bilən yeni təsnifat aləti hazırlayıb.

ENA.az xəbər verir ki, şirkətin açıqlamasına görə, yeni sistem əvvəllər müəyyən edilməmiş görüntülərdə zorakılıq əlamətlərini təhlil edir və hər bir materiala qiymət verərək təhlükəsizlik qruplarına yoxlamada prioritetləri müəyyənləşdirməyə kömək edir.

OpenAI bildirir ki, bu, süni intellektlə yaradılmış uşaq istismarı materiallarını ayrıca siqnalla müəyyən edə bilən və geniş istifadəyə təqdim olunan ilk təsnifat alətidir. Şirkət alətə təsdiqlənmiş təşkilatların OpenAI API-si vasitəsilə ödənişsiz çıxışını təmin edəcək.

Şirkət ChatGPT-də də yeni təhlükəsizlik tədbirləri tətbiq edəcək. Belə ki, uşaqların seksual məzmunlu təsvirlərinin axtarılması cəhdləri zamanı istifadəçilərə xəbərdarlıq göstəriləcək. Bu cür məzmunla əlaqəli söhbət silinəcək, istifadəçinin ChatGPT-yə çıxışı isə 24 saat müddətinə dayandırılacaq.

İstifadəçilərə zərərli davranışlardan uzaqlaşmağa kömək məqsədilə mütəxəssis dəstəyi də təklif olunacaq. Qayda pozuntularının təkrarlanması daha uzunmüddətli məhdudiyyətlərə, hesabın bağlanmasına və ya məlumatın müvafiq qurumlara ötürülməsinə səbəb ola bilər.

OpenAI yeni yanaşmanı uşaqların istismarının qarşısının alınması sahəsində çalışan təşkilatların və akademik məsləhətçilərin iştirakı ilə hazırladığını açıqlayıb. (Bloomberg HT)

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə