Əsas məzmuna keç
Bakı +12°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Rəsmi

Prezident İlham Əliyev - AĞDAMDADIR

Prezident İlham Əliyev - AĞDAMDADIR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Ağdama səfəri çərçivəsində Bərdə-Ağdam avtomobil yolunun, Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının, Ağdam Sənaye Parkının, Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlqoyma mərasimlərində, Ağdam şəhər meşə-parkında ağac əkilməsi mərasimində iştirak edib.

Prezident İlham Əliyevə Ağdam şəhərinin baş planı təqdim olunub. Dövlət başçısı Ağdam ictimaiyyətinin nümayəndələri ilə görüşdə çıxış edib. Bildirib ki, Ağdamda Zəfər muzeyi və açıq hava altında İşğal muzeyi yaradılacaq.

Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb. 

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə