Əsas məzmuna keç
Bakı +12°, aydın
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Hadisə

Polis rəisi özünü ürəyindən güllələyib - Baş Prokurorluqdan açıqlama

Polis rəisi özünü ürəyindən güllələyib - Baş Prokurorluqdan açıqlama

Bu gün xidməti otağında intihar edən Binəqədi RPİ 4-cü Polis Şöbəsinin rəisi Rahib Mirzəyevin özünü ürəyindən güllələdiyi məlum olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən xəbərə görə, iyulun 9-da saat 11 radələrində Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rahib Mirzəyevin istirahət otağında özünü xidməti silahı ilə ürək nahiyəsindən 1 dəfə atəş açmaqla öldürməsi ilə bağlı məlumat daxil olub.

Hazırda Baş Prokurorluğun İstintaq İdarəsinin və Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerindədir.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə