Əsas məzmuna keç
Bakı +8°, aydın
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Biznes

"Paşa Holdinq"in 100 milyon dollarlıq müəssisəsi ləğv edilir

"Paşa Holdinq"in 100 milyon dollarlıq müəssisəsi ləğv edilir

"Paşa Holdinq"in 2018-ci ilin sentyabrında təsis edilmiş "Zetrix Azərbaycan" şirkəti ləğv edilir. 

"BI" xəbər verir ki, kommersiya şəxslərin reyestrində "Zetrix Azerbaycan" MMC-nin ləğv prosesində olması göstərilir. "Zetrix Azərbaycan" MMC 2018-ci il sentyabrın 24-də 100 milyon 200 ABŞ dolları nizamnamə kapitalı ilə qeydiyyata alınıb. Şirkətin qeydiyyatı barədə məlumat noyabrın 14-də dərc edilib.

Şirkətin direktoru "PAŞA Holding" MMC-nin direktor müavini və bu holdingin hüquq şöbəsinin müdiri vəzifəsində çalışan Vadim Şneyer idi.
"Zetrix Azərbaycan"ın yarandıqdan bir neçə ay sonra ləğv edilməsinin səbəbi məlum deyil.

"PAŞA Holding" 2006-cı ildən fəaliyyət göstərir və maliyyə, sənaye, kənd təsərrüfatı, turizm, tikinti, əmlak, mehmanxana biznesində və s. fəaliyyət göstərən təxminən 100 şirkətini birləşdirir. 

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə