Əsas məzmuna keç
Bakı +12°, aydın
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Sənaye

Orta Amerika sahillərində böyük neft-qaz yatağı aşkarlandı

Orta Amerika sahillərində böyük neft-qaz yatağı aşkarlandı

Fransanın “Total” və ABŞ-ın “Apache Corporation” şirkətləri Surinam sahilləri yaxınlığında böyük neft və qaz yatağı kəşf edib.

“ENA” xəbər verir ki, “Total”ın açıqlamasına görə dənizdə 725 metrədək dərinliyində qazılan “Keskesi East-1” quyusunda bütövlükdə 63 metr saf karbohidrogen ehtiyatı aşkarlanıb.

Bu, regionda sayca dördüncü belə kəşfdir. Daha əvvəl “Maka Central”, “Sapakara West”, “Kwaskwasi” sahələrində mühüm ehtiyatlar aşkarlanmışdı.

Dünyanın ən böyük neft-qaz şirkətlərindən olan “Total” 130-dən artıq ölkədə 100 mindən çox əməkdaşı ilə fəaliyyət göstərir. 1954-cü ildə yaradılmış, qərargahı Texasın Hyuston şəhərində yerləşən “Apache Corporation” ABŞ ilə yanaşı, Kanada, Argentina, Avstraliya, Böyük Britaniya və Misirdə də fəaliyyət göstərir.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə