Əsas məzmuna keç
Bakı +12°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
ENA+

Ordu Paşinyana tabe olmaqdan İMTİNA ETDİ

Ordu Paşinyana tabe olmaqdan İMTİNA ETDİ

Ermənistan ordusunun Baş Qərargahı Nikol Paşinyanın istefası tələbini yenidən təkrarlayıb.

ENA.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, ordu rəhbərliyi eks-Baş Qərargah rəisi Onik Qasparyanın müraciətində səslənən fikirlərə qoşulduğunu vurğulayıb:

“Ermənistan ordusunun rəhbərliyi general-polkovnik Onik Qasparyanın müraciətinə qoşulur və onun respublikadakı situasiyaya verdiyi qiyməti təsdiqləyir. Bu situasiyanın həlli birdir və müraciətdə göstərilib. Baş Qərargah rəisi, general-polkovnik Onik Qasparyanın 10 martda səslənən müraciətindəki fikirləri silahlı qüvvələr üzərinə bir tapşırıq kimi götürür”- deyə ordunun açıqlamasında bildirilir.

Onik Qasparyanı eks deyil, hazırkı Baş Qərargah rəisi adlandırmaqla, Ermənistan ordusu Paşinyana tabe olmaqdan imtina etdiyini göstərib.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə