Əsas məzmuna keç
Bakı +13°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
VakansiyalarVakansiya

"Nar" işçi axtarır - VAKANSİYA

"Nar" işçi axtarır - VAKANSİYA

Brend və reklam işi üzrə aparıcı mütəxəssis

Vakansiya haqqında

İdarə : B2C Kommersiya
Şöbə : Marketinq Ünsiyyət Vasitələri
İş qrafiki: Standart
İş müddəti : Daimi
İş yeri : Port Baku Cənub Qülləsi
Son müraciət tarixi : 17.09.2020

!@#

Sizin əsas vəzifə öhdəlikləriniz:

*Qısa və uzunmüddətli strategiya və büdcə də daxil olmaqla marketinq planının yaradılması prosesində iştirak etmək
*Şirkət üçün yeni marketinq imkanlarını müəyyənləşdirmək və marketinq təşəbbüslərini həyata keçirmək
*Yeni məhsullar üçün marketinq ünsiyyət planlarını yaratmaq və həyata keçirmək: məhsul mövqeyinin, adlandırılmasının və mesajının yaradılmasını idarə etmək
*Şirkət məhsulları və təkliflərini hədəf auditoriyasına təqdim etmək üçün müəyyən edilmiş müddət ərzində marketinq ünsiyyət materiallarını hazırlamaq və fərqli kampaniyalar üçün tədbirlər təşkil etmək
*Marketinq tendensiyalarından xəbərdar olmaq və kampaniyaların effektivliyini ölçmək
*Məlumatların brend qaydalarına uyğun olmasını və hər yerdə eyni tərzdə təqdim olunmasını təmin etmək
*Fərqli reklam materialları üçün cəlbedici və təsirli reklam mətnlərini səhvsiz, aydın və qısa şəkildə Azərbaycan, İngilis və Rus dillərində yaratmaq
*Layihə çərçivəsində müvafiq istiqamətləri müəyyən etmək üçün reklam agentliklərinə dəqiq və aydın briflər hazırlamaq
*İstənilən nəticələrə nail olmaq üçün agentliklər, tərəfdaşlar, daxili maraqlı tərəflərlə səmərəli əməkdaşlıq etmək
*Rəhbərlik tərəfindən həvalə olunan əlavə tapşırıqları yerinə yetirmək

Sizdən tələb olunan təhsil və iş təcrübəsi:

*Ali təhsil
*Brend və ya reklam işi sahəsində ən azı 3-5 il iş təcrübəsi (Xarici şirkətlərdə işləmə təcrübəsi üstünlük hesab olunur)
*Layihələrin idarə olunması üzrə təcrübə mütləqdir

Sizdən tələb olunan bacarıq və səriştəliklər:

*Detallara diqqət yetirmə və prioritetləri sürətlə dəyişən bir neçə layihəni eyni zamanda idarə etmə bacarığı
*Veb sayt, sosial media, tədbirlər və digər fərqli ünsiyyət vasitələri üçün yaradıcı proseslərin idarə edilməsi və ardıcıl, uyğunlaşdırılmış məzmun təqdim etmə bacarığı
*Mükəmməl yazı, redaktə və təqdimetmə bacarığı
*Müstəqil şəkildə işi prioritetləşdirmək, təşkil etmək və planlaşdırmaq bacarığı
*Fərqli tərəfləri (əməkdaşlar, agentliklər və s.) idarəetmə və rəhbərlik bacarığı
*Azərbaycan, Rus və İngilis dillərini mükəmməl bilmək
*MS Office proqramlarını bilmək

Müraciət etmək üçün

CV-nizi hr@azerfon.az e-mail ünvanına göndərməyinizi xahiş edirik.
Başlıqda “Brend və reklam işi üzrə aparıcı mütəxəssis’’ qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.