Əsas məzmuna keç
Bakı +12°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Bank

Məşhur bankdan yarım milyon dollar oğurlayan işçisinin məhkəməsi başladı

Məşhur bankdan yarım milyon dollar oğurlayan işçisinin məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bankdan əmanətçinin yarım milyona yaxın pulunu oğurlamaqda təqsirləndirilən Elqar Vəliyevin məhkəməsi  başlayıb. 

"BI" xəbər verir ki, hakim Azər Paşayevin icraatında olan prosesdə hazırlıq iclası keçirilib. 

İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına qəbul edilib. Proses dekabrın 4-də davam etdiriləcək. 

İttihama görə, "Bank of Baku"nun Nərimanov rayonunda yerləşən ofisinin texnoloji proseslər şöbəsinin baş eksperti Elqar Vəliyev əmanətçilərin hesabından 425 min 77 dollar pulu öz kartına köçürüb.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə