Əsas məzmuna keç
Bakı +10°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Sağlamlıq

Koronavirus Gürcüstanda - XƏSTƏ AZƏRBAYCANDAN KEÇİB

Koronavirus Gürcüstanda - XƏSTƏ AZƏRBAYCANDAN KEÇİB

Gürcüstanda koronavirusa yoluxma halı qeydə alınıb.

Bu barədə Gürcüstanın məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri Ekaterine Tikaradze keçirdiyi xüsusi brifinqdə bildirib.

Onun sözlərinə görə, virus İrandan Azərbaycan vasitəsilə qayıdan Gürcüstan vətəndaşında müəyyən olunub.

Nazir qeyd edib ki, bir həftə İranda olan 50 yaşlı kişi ölkəyə qayıtdıqdan sonra Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının izolyasiya bölməsinə yerləşdirilib və vəziyyəti qənaətbəxşdir.

E.Tikaradze ölkə əhalisini təşvişə düşməməyə çağırıb. 

Qeyd edək ki, Çində yeni tip koronavirus (Kovid-19) epidemiyasında ölənlərin sayı 2 min 746-ya yüksəlib.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə