Əsas məzmuna keç
Bakı +7°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Gündəm

Simonyan 2020-⁠ci il müharibəsi zamanı Rusiyadan müharibəni dayandırmağı xahiş etdiyinə görə təəssüflənib

Simonyan 2020-ci il müharibəsi zamanı Rusiyadan müharibəni dayandırmağı xahiş etdiyinə görə təəssüflənib

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan 2020-ci ildəki müharibə zamanı Rusiyaya gedərək müharibənin dayandırılmasını xahiş etdiyinə görə təəssüfləndiyini bildirib.

ENA.az xəbər verir ki, Simonyan bu barədə danışarkən həmin vaxt sadəlövhlüklə nəyisə dəyişə biləcəyini düşündüyünü deyib.

“Sadəlövhcəsinə, axmaqlıq edərək nəyisə dəyişə biləcəyimi düşünürdüm. Sözün əsl mənasında rusların ayaqlarına düşərək deyirdim. Axı biz sizin qardaşlarınızıq, müttəfiqlərinizik, bu müharibəni dayandırın”, – deyə o bildirib.

Simonyanın sözlərinə görə, həmin dövrdə Rusiya müharibənin dayandırılması üçün heç bir təsirli addım atmayıb.

Mənbə:apa

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə