Əsas məzmuna keç
Bakı +13°, aydın
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Maliyyə

"Kompensasiya ilə bağlı bütün müştərilərə SMS göndərilib"

"Kompensasiya ilə bağlı bütün müştərilərə SMS göndərilib"

“Bütün müştərilərə birmənalı şəkildə banklar tərəfindən SMS artıq göndərilib. Əgər vətəndaşın adı bu və ya digır şəkildə siyahıda yoxdursa, o, ilk növbədə, öz bankına müraciət etməlidir”.

"Businessinsider.az" xəbər verir ki, bunu Banklar Assosiyasının sədri Zakir Nuriyev AzTV-yə müsahibəsində deyib.Onun sözlərinə görə, əgər müştərinin adı siyahıda varsa, ola bilsin ki onun mövcud olan telefon nömrəsi və ya email adresi dəyişib: “Bu zaman həmin şəxsə SMS çatmaya bilər. Əgər 2015- ci ildən sonra vətəndaşımız bankla təmasda olmayıbsa, o zaman bankda olan telefon və ya əlaqə nömrəsindən istifadə edərək ona məlumatlar göndərilir. Ancaq SMS gəlməyibsə, özünün kredit aldığı bankın filialına yaxınlaşmaqla, yaxud elektron portala daxil olmaqla haqqında olan məlumatı müştəri götürə  bilər”.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə