İsveçrə vergi sisteminin təkmilləşdirilməsində Azərbaycana yardım edəcək

İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) vergilər sahəsində Azərbaycan İqtisadiyyat Nazirliyi və Dünya Bankı ilə birlikdə həyata keçiriləcək proqramı təsdiq edib.
!@#
ENA.az İsveçrənin Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, bu proqramın həyata keçirilməsi üçün 1,6 milyon ABŞ dolları ayrılması nəzərdə tutulub.
Proqramın məqsədi koronavirus nəticəsində başlayan dünya səhiyyə və iqtisadi böhranın sosial-iqtisadi nəticələrini aradan qaldırmaqdır. Proqram həmçinin vergi ödəyicilərinin qeydiyyatı üzrə məlumat bazasının dəqiqliyinin artırılması və hökumətin şəffaflığın gücləndirilməsi yönündə gördüyü tədbirləri dəstəkləmək məqsədi güdür.











