Əsas məzmuna keç
Bakı +11°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Gündəm

İran pulunu dəyişir - TƏCİLİ QƏRAR

İran pulunu dəyişir - TƏCİLİ QƏRAR

İran rialı İran tüməni ilə əvəz ediləcək və pul əskinaslarından dörd sıfır silinəcək.

ENA.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Bildirilib ki, bu islahat layihəsi ilk dəfə 2019-cu ildə təklif olunub və təsdiqlənib. Lakin məhz bu gün Prezident Məsud Pezeşkian layihəni təcili olaraq parlamentə təqdim edib.

İslahatın əsas məqsədi xroniki inflyasiya və valyutanın aşağı alıcılıq qabiliyyətindən irəli gələn problemlərlə mübarizə aparmaqdır.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə