Əsas məzmuna keç
Bakı +8°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Sağlamlıq

Gürcüstan tibbi maska istehsalına başlayır

Gürcüstan tibbi maska istehsalına başlayır

Gürcüstanda iki şirkət tibbi maskaların istehsalına maraq ifadə edib.

Bu barədə ölkənin Səhiyyə Nazirliyindən yerli “IPN” agentliyinə bildirilib.

Hər iki şirkətə müvafiq icazə verilib və onlar artıq istehsal avadanlığının təchizatı prosesinə başlayıb.

Səhiyyə Nazirliyi şirkətlərə tibbi maska istehsalına mümkün olduğu qədər tez başlamağı tapşırıb.

Qeyd edək ki, qonşu ölkədə ciddi tibbi maska qıtlığı yaşanır.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə