Əsas məzmuna keç
Bakı +16°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Maliyyə

"Finans Kredit" BOKT-a lisenziya verildi

"Finans Kredit" BOKT-a lisenziya verildi

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə "Finans Kredit" MMC bank olmayan kredit təşkilatına (BOKT) lisenziya verilib.

ENA.az bu barədə tənzimləyici quruma istinadən xəbər verir.

!@#

Məlumata görə, bununla da ölkədə lisenziyası olan BOKT-ların sayı 48-ə çatıb.

Xatırladaq ki, "Finans Kredit" bu ilin sentyabr ayında yaradılıb. Onun hüquqi ünvanı Baki şəhəri, Səbail rayonu, Massiv 1, ev 262a, nizamnamə kapitalı BOKT-lar üçün müəyyən edilmiş minimal tələbə uyğun - 300 min manat, qanuni təmsilçisi isə Rasim Kamil oğlu Eyvazovdur.