Əsas məzmuna keç
Bakı +10°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
İqtisadiyyat

"DOST Məsləhəti" proqramı fəaliyyət göstərəcək

"DOST Məsləhəti" proqramı fəaliyyət göstərəcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin  “DOST” Mərkəzlərində  əhaliyə proaktiv xidmətlər üzrə “DOST Məsləhəti” proqramı da fəaliyyət göstərəcək.  

Nazirlikdən "Businessinsider" daxil olmuş məlumata görə, bu proqram əsasında vətəndaşlara yalnız müraciətləri əsasında deyil, müraciət etmədikləri halda belə, əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələri üzrə yaranan və ya yaxın müddətdə yaranacaq hüquqlarından faydalanmaq imkanı veriləcək. Belə ki, vətəndaşın müraciəti olmadan elektron informasiya sistemindəki mövcud məlumatlar əsasında onun sosial vəziyyəti tam araşdırılıb qiymətləndirəcək, hansı sosial xidmətdən yararlana biləcəyi barədə həmin şəxsə məsləhətlər, təkliflər veriləcək.

Hazırda elektron qaydada pensiya təyinatı bu sahədə proaktiv xidmətin bir nümunəsidir və avtomatlaşdırılmış pensiya təyinatına oxşar sistemin bütün sosial xidmətlər üçün tətbiqi əsas hədəflərdəndir.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə