Əsas məzmuna keç
Bakı +9°, aydın
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Rəsmi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində - YENİ TƏYİNAT

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində - YENİ TƏYİNAT

 Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) yeni təyinat olub.

Dövlət Komitəsində bildirilib ki, Cahandar Əlifzadə DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsininin müdiri vəzifəsinə təyin edilib.

Bununla bağlı komitə sədri Mübariz Qurbanlı müvafiq əmr imzalayıb.

Xatırladaq ki, C.Əlifzadə bundan əvvəl Dövlət Komitəsində Dinşünaslıq ekspertizası şöbəsi müdirinin müavini vəzifəsində çalışıb. 

Qeyd edək ki, şöbənin əvvəlki müdiri Əliheydər Zülfüqarov Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsində böyük məsləhətçi vəzifəsinə təyinat alıb.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə