Əsas məzmuna keç
Bakı +12°, aydın
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Maliyyə

BVF-nin Azərbaycan hökuməti ilə məsləhətləşmələrin tarixi məlum oldu

BVF-nin Azərbaycan hökuməti ilə məsləhətləşmələrin tarixi məlum oldu

İyunun 12-dən Beynəlxalq Valyuta Fondunun (IMF) Azərbaycan üzrə missiyanın yeni rəhbəri Natalia Tamirisanın Bakıya səfəri başlayır. 

Bu barədə agentliyinə qurumun Bakı ofisindən məlumat verilib.

Məlumata görə, səfərin məqsədi IMF-nin Əssnaməsinin IV Maddə üzrə məsləhətləşmələri aparmaq və ölkə iqtisadiyyatında aparılan islahatları müzakirə etməkdir.

Hökumətlə məsləhətləşmələr iyunun 27-dək davam edəcək.

Xatırladaq ki, N.Tamirisanın missiyanın rəhbəri vəzifəsində Azərbaycana ilk səfəri aprelin 10-11-də baş tutub.

1992-ci il sentyabrın 18-dən IMF-in üzvü olan Azərbaycan 2006-cı ildən etibarən bu təşkilatdan kredit almayaraq məsləhətləşmələr və maktoiqtisadi siyasətlə bağlı texniki missyalar çərçivəsində əməkdaşlıq edir.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə