Əsas məzmuna keç
Bakı +9°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Gündəm

Bütün Qazaxıstanda fövqəladə vəziyyət elan edildi

Bütün Qazaxıstanda fövqəladə vəziyyət elan edildi

Qazaxıstanın bütün ərazisində fövqəladə vəziyyət rejimi tətbiq edilib.

ENA.az xəbər verir ki, bu barədə Qazaxıstan KİV-i məlumat yayıb.

!@#

Bundan əvvəl fövqəladə vəziyyət bir neçə bölgədə elan edilmişdi.

Fövqəladə vəziyyət mitinqlərin və insanların digər kütləvi toplaşmalarının qadağan edilməsini nəzərdə tutur. Ölkə ərazisində saat 23.00-dan 07.00-a qədər komendant saatı tətbiq olunub.

Qeyd edək ki, 2022-ci ilin ilk günlərində Janaozen və Aktau şəhərlərində maye qazın qiymətinin ikiqat bahalaşması əleyhinə aksiyalar başlayıb. Etirazlar digər şəhərlərə də yayılıb. Bu gün səhər saatlarında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hökuməti istefaya göndərib.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə