Əsas məzmuna keç
Bakı +11°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
İqtisadiyyat

Bu il Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 1 mln. nəfəri ötüb

Bu il Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 1 mln. nəfəri ötüb

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 1 024 349 nəfər təşkil edib.

ENA.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının hesabatında bildirilib.

İllik müqayisədə qonşu ölkəyə səfər edən Azərbaycan vətəndaşlarının sayı 68 292 nəfər, yaxud 7,1% artıb.

Bu göstərici ilə Azərbaycan qonşu ölkəyə səfər edən əcnəbi ziyarətçilərin sayı baxımından ikinci yeri tutub. Birinci yerdə 1 058 549 nəfərlə Rusiya, üçüncü yerdə isə 864 474 nəfərlə Ermənistandır.

Hesabat dövründə Gürcüstan, ümumilikdə, 6 320 516 beynəlxalq ziyarətçi qəbul edib ki, bu da illik müqayisədə 7,2% çoxdur. 

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə