Əsas məzmuna keç
Bakı +7°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Biznes

Azərbaycan xarici investorlar üçün yeni layihə hazırlayıb

Azərbaycan xarici investorlar üçün yeni layihə hazırlayıb

İnvestisiyaların təşviqi ilə bağlı Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) tərəfindən "Invest in Azerbaijan" layihəsi hazırlanaraq hökumətə təqdim olunub.

Bunu "9-cu Beynəlxalq Xəzər Enerji Forumu – 2019" tədbirində çıxış edən Azpromo-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev deyib.

Onun sözlərinə görə, mexanizmlər çərçivəsində xaricdən gələn investorlara dəstək göstəriləcək, onların Azərbaycanda biznesə planların hazırlanmasına dəstək veriləcək, beynəlxalq sərgilərdə vahid ölkə stendində iştirakı təmin olunacaq.

"Digər mexanizm “First in Azerbaijan”dır ki, bu Azərbaycanda ilk istehsalı quran şirkətlərə mövcud imtiyazlardan əlavə digər imtiyazlar təqdim olunacaq", - deyə Y. Abdullayev qeyd edib.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə