Əsas məzmuna keç
Bakı +10°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Birja

Bitcoin 3,5 ayın ən aşağı səviyyəsinə düşüb - QİYMƏT

Bitcoin 3,5 ayın ən aşağı səviyyəsinə düşüb - QİYMƏT

Bitcoin 3,5 ayın ən aşağı səviyyəsinə düşüb. Bitcoin 2025-ci il yanvarın 20-də, ABŞ prezidenti Donald Trampın andiçmə mərasimində əldə etdiyi 109 241 dollara çatan rekord həddən 25 faizdən çox geriləyərək böyük eniş yaşadı.

28 fevral 2025-ci il səhər saatlarına olan məlumata görə, bitkoin 82 220 dollara ticarət edilib və 11 noyabr 2024-cü ildən bəri ən aşağı səviyyəyə çatdı. Birgünlük eniş isə 6,24% təşkil edib və 80 min dollara düşüb. 

Ether, Solana və XRP kimi əsas kriptovalyutalar da əhəmiyyətli itkilərə məruz qalıb. Ether-ə 1,5 milyard dollar dəyərində kiberhücum enişi şərtləndirən əsas amil olub. Bu azalmaya həm də prezident Trampın sərt siyasət mövqeyi və ABŞ iqtisadiyyatı ilə bağlı qeyri-müəyyənliklər səbəbindən investorların artan narahatlığı səbəb olub. Xüsusən də administrasiyanın son vaxtlar açıqladığı tarif planları bazarda dalğalanmalara səbəb olub.
 

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə