Əsas məzmuna keç
Bakı +11°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
ENA+

“Bildiyiniz kimi Rusiyanın yeni prezidenti yaxşı kişidir”: Tramp Putini Zelenskilə səhv saldı

“Bildiyiniz kimi Rusiyanın yeni prezidenti yaxşı kişidir”: Tramp Putini Zelenskilə səhv saldı

ABŞ prezidenti Donald Tramp nitqində səhv buraxaraq Ukrayna prezidenti Vladimir Zelenskini Rusiyanın prezidenti kimi qələmə verib.

Bu haqda CNN-nin jurnalisti Deniel Deyl özünün “Twitter” səhifəsində yazıb.

Jurnalistlərin suallarına cavab verən Tramp Zelenski ilə qalmaqallı telefon danışığına toxunub.

“Mən Şiffin məruzəsini tənqid etdim. Bildiyiniz kimi Rusiyanın yeni prezidenti yaxşı kişidir. O öz bəyanatını verdi. Orada ona heç bir təpki olmadı”, – deyə Tramp vurğulayıb.

Ağ Ev prezidentin çıxışını olduğu kimi, düzəlişsiz dərc edib.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə