Bakının bu küçəsində yol ba]lanacaq
![Bakının bu küçəsində yol ba]lanacaq](https://media.ena.az/legacy/05a9a1e89c2975d8c881279cae7365f94550fed2fbdd6e626b145ef6b33c1b5b.jpg)
Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsində təmir işlərinə başlanılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumata görə, bununla əlaqədar yanvarın 31-dən fevralın 1-nə keçən gecədən etibarən sözügedən küçədə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.
“Sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq öncədən alternativ yollar seçməklərini tövsiyə edirik”, - deyə AAYDA-nın məlumatında bildirilir.











