Əsas məzmuna keç
Bakı +12°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
İqtisadiyyat

Bakı metrosunun Müşahidə Şurasının tərkibi genişləndirilib

Bakı metrosunun Müşahidə Şurasının tərkibi genişləndirilib

"Bakı Metropoliteni" QSC-nin Müşahidə Şurasının üzvlərinin sayı 3-dən 5-ə çatdırılıb.

ENA.az səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, yeni üzvlər Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) baş hüquq inzibatçısı – Hüquq departamentinin direktoru Toğrul Quluzadə və baş tikinti inzibatçısı – Tikinti layihələrinin idarəolunması departamentinin direktoru Murad Əhmədovdur.

Şuraya AZCON-un icraçı direktoru Şahin Babayev rəhbərlik edir. Şuranın digər üzvləri Holdinqin icraçı direktorunun müavini Vüqar Mirzəzadə və baş maliyyə inzibatçısı Taylan Tekelidir.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə