Əsas məzmuna keç
Bakı +10°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Sənaye

“Azərsilah” Müdafiə Sənayesi Holdinqinin Nizamnaməsi və strukturu təsdiqləndi

“Azərsilah” Müdafiə Sənayesi Holdinqinin Nizamnaməsi və strukturu təsdiqləndi

“Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Nizamnaməsi, strukturu və işçilərinin say həddi təsdiq edilib.

ENA.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən, QSC-nin işçilərinin say həddi 118 ştat vahidi müəyyən edilib.

“Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi ilə buradan tanış olmaq mümkündür.

Qurumun strukturuna QSC-nin aparatı, “İqlim Elmi-İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Sənayecihaz” Elmi-İstehsalat Müəssisəsi, eləcə də Təsərrüfat cəmiyyətləri, idarə, filial və nümayəndəliklər daxildir.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə