Əsas məzmuna keç
Bakı +12°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Elm və texnologiya

"Azercell" abunəçilərinə xəbərdarlıq edir

"Azercell" abunəçilərinə xəbərdarlıq edir

“Azercell Telecom” MMC abunəçilərini “Whatsapp”, SMS və digər kanallar üzərindən göndərilən şübhəli məzmunlu keçidlərə və ismarıclara reaksiya verməməyə çağırır.

ENA.az xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilir.

"Müvafiq məzmunun "Azercell"ə heç bir aidiyyatı yoxdur. Yarana biləcək əlavə xərclərin qarşısını almaq üçün abunəçilərinə şübhəli zənglərə və SMS-lərə geri dönüş etməməyi, eləcə də belə internet saytlardan istifadə etməməyi, həmçinin istifadə edilən cihaz və nömrə ilə bağlı təhlükəsizlik tədbirlərinə əməl etməyi, telefonların nəzarətsiz qalamamasını, xidmətlərdən istifadə ilə əlaqədar əldə edilən şifrəni 3-cü şəxslərə bildirməməyi, şübhəli məzmunlu müxtəlif oyun, yarışma və sairlərdən yararlanmamağı tövsiyə edirik", - açıqlamada qeyd olunub.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə