Əsas məzmuna keç
Bakı +7°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Biznes

Azərbaycanın tütünçülük müəssisəsi ləğv oluna bilər

Azərbaycanın tütünçülük müəssisəsi ləğv oluna bilər

"Hənifə-Tütün" ASC iyunun 14-də, saat 10:00-da səhmdarlarının illik ümumi yığıncağını keçirəcək.

ENA.az rəsmi mətbuata istinadən xəbər verir ki, yığıncaq Balakən rayonunun Hənifə kəndində olacaq.

Yığıncaqda Cəmiyyətin fəaliyyəti haqqında hesabat, onun könüllü ləğv edilməsi və yaxud səhmlərinin alqı-satqısı, eləcə də digər məsələlər müzakirə ediləcək.

Xatırladaq ki, "Hənifə-Tütün" 1999-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 60 min manatdır.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə