Əsas məzmuna keç
Bakı +10°, aydın
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Aqrar

Azərbaycanın tütün istehsalı ilə bağlı - PROQNOZLARI

Azərbaycanın tütün istehsalı ilə bağlı - PROQNOZLARI

Bu il Azərbaycan Sənaye Korporasiyasının (ASK) balansındakı “Azərtütün” MMC 3 min ton tütün istehsal etməyi planlaşdırır.

Bİ.az xəbər verir ki, bunu korporasiyanın baş direktoru Kamran Nəbizadə deyib.

K.Nəbizadə bildirib: “Bu il Azərbaycanda ümumilikdə 6 min ton tütünün istehsal olunması planlaşdırılır ki, onlardan, bizim hesablamalarımıza əsasən, 3 min tonu “Azərtütün” MMC-nin payına düşür”.

K.Nəbizadə əlavə edib ki, bu il tütün səpini sahəsi 2387 hektar təşkil edib və yığılan tütün Balakəndə istehsal məntəqəsində saxlanılır.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə