Əsas məzmuna keç
Bakı +11°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Sığorta

Azərbaycanın sığorta və təkrarsığorta brokeri ötən ili zərərlə başa vurub

Azərbaycanın sığorta və təkrarsığorta brokeri ötən ili zərərlə başa vurub

“Societe de courtage” MMC sığorta və təkrarsığorta brokerinin cəmi aktivləri bu il yanvarın 1-nə 602 min manat təşkil edib.

“BI” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 57,9% azdır.

2018-ci ildə “Societe de courtage”in öhdəlikləri 72,9% azalaraq 307 min manata, cəmi kapitalı isə 0,3% azalaraq 295 min manata düşüb.

Ötən il sığorta və təkrarsığorta brokerinin gəlirləri 242 min manat (əvvəlki ilə nisbətən 27,55% az), xərcləri 241 min manat (23,5% az) təşkil edib. Son nəticədə, şirkətin maliyyə mənfəəti təxminən 1 000 manat olub ki, bu da illik müqayisədə 19 dəfə azdır.

2018-ci ildə “Societe de Courtage” 2017-ci illə müqayisədə 3,5 dəfə az - təxminən 2 min manat mənfəət vergisi ödəyib və ili təxminən 1 000 manat xalis zərərlə başa vurub. Halbuki, şirkət 2016-ci ildən 11 min manat xalis mənfəətlə çıxmışdı.

Xatırladaq ki, “Societe de Courtage” 2006-cı ildən Azərbaycanda fəaliyyət göstərir, Fransa kapitallı şirkətdir. Onun nizamnamə kapitalı 155,8 min manatdır (o vaxtın məzənnəsi ilə 170 min ABŞ dolları).

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə