Əsas məzmuna keç
Bakı +12°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Maliyyə

Azərbaycandan Gürcüstana pul köçürmələrinin məbləği açıqlanıb

Azərbaycandan Gürcüstana pul köçürmələrinin məbləği açıqlanıb

Ötən ay Azərbaycandan Gürcüstana 1,75 mln. dollar pul köçürülüb.

"ENA" xəbər verir ki, bu barədə Gürcüstanın Milli Bankı məlumat yayıb.

Aylıq müqayisədə Azərbaycandan qonşu ölkəyə pul köçürmələrinin həcmi 6,7% artıb.

Aprel ayında Gürcüstandan Azərbaycana isə 1,14 mln. dollar köçürülüb ki, bu da aylıq müqayisədə 26,7% çoxdur.

Ötən ay qonşu ölkəyə xarici ölkələrdən, ümumilikdə, 137,1 mln. dollar pul daxil olub. Bu göstərici illik müqayisədə 12,6 mln. dollar və ya 10,1%çoxdur. 

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə