Əsas məzmuna keç
Bakı +17°, tufanlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Biznes

Azərbaycanda holdinqin direktoru dəyişib

Azərbaycanda holdinqin direktoru dəyişib

Azərbaycanın un, qarabaşaq, makaron və digər məhsullar üzrə böyük istehsalçısı və bu malları ölkəyə idxal edən ən böyük şirkətlərdən biri “Karat Holding” MMC-nin direktoru dəyişdirilib.

Məlumata görə, İlham Xəlilov Şəmil oğlu şirkətin direktoru təyin edilib.

O bu vəzifədə İqdam Umudov Əliş oğlunu əvəz edib.

Xatırladaq ki, “Karat Holdinq” MMC 2004-cü ildə təsis edilib. Hazırda 430 manat nizamnamə kapitalı var. Azərbaycanda “Karmen” brendi ilə un məhsulları satır.