Əsas məzmuna keç
Bakı +12°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Gündəm

Azərbaycanda hakim saxlanıldı – Rüşvət almaqda ittiham edilir

Azərbaycanda hakim saxlanıldı – Rüşvət almaqda ittiham edilir

Bərdə Rayon Məhkəməsinin hakimi Elsun Məmmədov cinayət məsuliyyətinə cəlb edilib.

ENA.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hakim icraatında olan mülki işlərdən birində tərəflərin birindən rüşvət almaqda ittiham edilir.

Binəqədi Rayon Məhkəməsi E.Məmmədovun nüfuzunu, bəlli yaşayış yerinin olmasını və digər nüansları əsaslı sayaraq onun haqda ev dustaqlığı qətimkan tədbiri seçib.

Qeyd edək ki, hakimin saxlanılması haqda ilk məlumatı Gununsesi.com yayıb.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə