Əsas məzmuna keç
Bakı +9°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Bank

Azərbaycana xaricdən pul köçürmələri 26% azalıb

Azərbaycana xaricdən pul köçürmələri 26% azalıb

2019-cu ilin I rübündә ölkәyә daxil olan pul baratları 215 milyon ABŞ dolları tәşkil edib.

“ENA” xəbər verir ki, bu, Mərkəzi Bankın “Yanvar- Mart 2019” Pul Siyasəti İcmalında bildirilir.

2018-ci ilin yanvar-mart aylarında ölkəyə daxil olmuş pul baratlarının dəyəri 291,8 milyon ABŞ dolları təşkil etmişdi. Beləliklə, Azərbaycana xaricdən pul köçürmələri 26,4% azalıb.

Qeyd edək ki, 2018-ci ildə ölkəyə daxil olan pul baratları 2017-ci ilə nəzərən 6% artaraq 1 milyard 80 milyon ABŞ dolları təşkil etmişdi.

Barat - bank və ya poçt vasitəsilə göndərilən puldur. 

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə