Azərbaycana idxal edilən heyvan yemləri gömrük rüsumundan - AZAD OLUNDU

Azərbaycana idxal edilən heyvanların yemlənməsi üçün istifadə edilən məhsullar 15 faiz gömrük rüsumundan azad edilib.00:14
ENA.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə dəyişiklik edib.
!@#
Qərara əsasən, heyvanların yemlənməsi üçün həll olunan balıq məhsulları və ya digər dəniz məməli heyvanlarından məhsullar, tərkibində süd məhsulları olmayan və ya bu məhsullar 10 kütlə %-dən az olan, tərkibində süd məhsulları 50 kütlə %-dən az olmayan, lakin 75 kütlə %-dən az olan, tərkibində süd məhsulları 75 kütlə %-dən az olmayan, tərkibində süd məhsulları olmayan və ya bu məhsullar 10 kütlə %-dən az olan, tərkibində süd məhsulları 10 kütlə %-dən az olmayan, lakin 50 kütlə %-dən az olan, tərkibində süd məhsulları 50 kütlə %-dən az olmayan, tərkibində süd məhsulları olmayan və ya bu məhsullar 10 kütlə %-dən az olan, tərkibində süd məhsulları 10 kütlə %-dən az olmayan, lakin 50 kütlə %-dən az olan, tərkibində süd məhsulları 50 kütlə %-dən az olmayan, tərkibində nişasta, qlükoza, qlükoza siropu, maltodekstrin və ya maltodekstrin siropu olmayan, lakin süd məhsulları olan məhsullar, o cümlədən melassa əlavəsi ilə çuğundur cecəsi idxal gömrük rüsumundan azad olunub.
Bu qərar 2022-ci il dekabrın 31-dək qüvvədədir.











