Əsas məzmuna keç
Bakı +12°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Sənaye

Azərbaycan iki aydır yerli avtomobil istehsalını dayandırıb

Azərbaycan iki aydır yerli avtomobil istehsalını dayandırıb

May ayında Azərbaycanda minik avtomobillərinin istehsalı bərpa olunmayıb.

Bu barədə Dövlət Statistika Komitəsinin 2020-ci ilin yanvar-may ayları ərzində məlumatında qeyd olunur.

Apreldə minik avtomobil istehsalı dayandırılıb.

Yanvar-mayda 672 ədəd minik avtomobili istehsal edilib (2019-cu ilin 5 ayı ilə müqayisədə azalma 27%), bu da martın sonuna olan göstəriciyə uyğundur.

1 iyun 2020-ci il tarixinə anbarlarda 67 ədəd minik avtomobili var.

Bundan başqa, may ayında traktor istehsalı da dayandırılıb. Yanvar-may aylarında Azərbaycanda 105 ədəd müxtəlif təyinatlı traktor istehsal edilib(2019-cu ilin analoji dövrünün göstəricisindən 82% az). 2020-ci il iyunun 1-nə anbarlarda 271 ədəd traktor var.

Azərbaycanda (Neftçala, Gəncə və Naxçıvanda) avtomobil istehsalı üzrə 3 zavod fəaliyyət göstərir. Eyni zamanda, Gəncə avtomobil zavodunda kənd təsərrüfatı texnikası da istehsal olunur. Hazırda avtomobil istehsalı yalnız Neftçala avtomobil zavodunda həyata keçirilir.

Ortamüddətli perspektivdə Azərbaycanda avtomobil istehsalının ildə 5 min ədədə çatdırılması nəzərdə tutulur.

2019-cu ildə Azərbaycanda 2,36 min ədəd minik avtomobili istehsal edilib, bu da 2018-ci ilin göstəricisindən 2,4 dəfə çoxdur. 2019-cu ildə Azərbaycanda 905 ədəd müxtəlif təyinatlı traktor istehsal edilib (azalma 30,5%).

Martın 24-dən Azərbaycanda COVİD-19 səbəbindən xüsusi karantin rejimi qüvvədədir. Karantin iyulun 1-dək qüvvədə qalacaq, lakin aprelin 27-dən Azərbaycan hökuməti karanrinin 4 mərhələdə yumşaldılmasını reallaşdırıb. ** B.Rüstəmbəyov

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə