Əsas məzmuna keç
Bakı +9°, aydın
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Turizm

Atatürk parkının açılacağı - TARİX AÇIQLANDI

Atatürk parkının açılacağı - TARİX AÇIQLANDI

Metronun "Gənclik" stansiyası yaxınlığında yerləşən Atatürk parkının açılacağı tarix məlum olub.

Oxu.Az-ın məlumatına görə, təmir işləri sürətləndirilən parkın sentyabrın ilk həftəsi açılışı nəzərdə tutulub.

Ərazidə yaşıllaşdırma işləri aparılır, dekorativ kol, ağac və güllər əkilir.

Qeyd edək ki, Atatürk parkındakı vəziyyət Bakı Şəhər İcra Hakimiyyətini qane etmədiyi üçün ötən ilin dekabrında təmirə bağlanmışdı.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə