Əsas məzmuna keç
Bakı +13°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Maliyyə

ARDNF qızıl külçələrə investisiyaları 83 % artırıb

ARDNF qızıl külçələrə investisiyaları 83 % artırıb

Bu il yanvarın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) qızıl külçələrə investisiyaları 21 milyard 2,767 milyon manat təşkil edib.

Fondun illik hesabatına əsasən, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 83 % çoxdur.

İl ərzində qızıl külçələrin qurumun aktivlərindəki payı isə 12 %-dən 20,5 %-ə yüksəlib.

"2024-cü ilin oktyabr ayında Fond öz investisiya portfelinə geosiyasi risklərin və dəyişən bazar tendensiyalarının mənfi təsirlərini azaltmaq, həmçinin portfelin diversifikasiyasını artırmaq məqsədilə qızıla investisiyanı davam etdirmək qərarı verib. 2025-ci maliyyə ilinin əvvəlindən hazırkı konsolidasiya edilmiş maliyyə hesabatlarının təsdiqləndiyi tarixə qədər 989 min troy unsiyası qızıl alınıb", - deyə hesabatda qeyd olunub.

Xatırladaq ki, ARDNF ölkə Prezidentinin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılıb. Fondun əsas vəzifəsi Azərbaycan vətəndaşlarının bugünkü və gələcək nəsillərinin mənafeyi naminə ölkənin payına düşən neft-qaz ehtiyatlarının kəşfiyyatı və işlənməsindən, habelə qurumun öz fəaliyyətindən əldə olunan gəlir və digər vəsaitin yığılmasını, səmərəli idarə olunmasını təmin etməkdir.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə