Əsas məzmuna keç
Bakı +12°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Biznes

Araz Ağalarov yeni biznesə başladı

Araz Ağalarov yeni biznesə başladı

Rusiyada yaşayan azərbaycanlı milyarder Araz Ağalarov balıq biznesinə başlayıb.

“ENA” Rusiya KİV-nə istinadən xəbər verir ki, iş adamının “Krokus” şirkəti “Lotofish” adlı balıqçılıq şirkəti təsis edib. Müəssisənin əsas fəaliyyəti sənaye üsulu ilə şirin su hövzələrində balıq yetişdirmək olacaq. Şirkətin səhmlərinin 90%-i “Crocus Group”a, 10%-i isə “Lotofish”in baş direktoru Valeryan Çikovaniyə məxsusdur. 

Şirkət Moskva vilayətinin Lotoşinsk rayonunda qeydiyyatdan keçib və onun haqqında məlumatlar Hüquqi şəxslərin Vahid Dövlət Reyestrinə oktyabrın 31-də daxil olunub.