Əsas məzmuna keç
Bakı +12°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Sənaye

“Abşeron”da qaz hasilatı 4 dəfə artırılacaq

“Abşeron”da qaz hasilatı 4 dəfə artırılacaq

“Abşeron” qaz-kondensat yatağında illik qaz hasilatını 6 mlrd. kubmetrədək çatdırmaq planlaşdırılır.

ENA.az xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Abşeron” yatağından ilk qazın verilməsi mərasimində iştirak etdik. “Abşeron”un tələbatımızı və ixracı nəzərə alan mərhələli inkişafı, illik hasilatın 1,5 mlrd.m3-dən 6mlrd.m3-dək çatdırılması ilə bağlı planlar ölkəmizin və tərəfdaşlarımızın enerji təhlükəsizliyinə mühüm töhfədir”, - paylaşımda qeyd olunur.

Xatırladaq ki, bu gün "Abşeron" qaz-kondensat yatağından ilk qazın verilməsi mərasimi keçirilib.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə