“Aztelekom”un internetindən istifadə edənlərin nəzərinə - DƏYİŞİKLİK EDİLDİ
![](https://ena.az/uploads/news/2019-05/_ena_3222bcfb2d8fa6e6477158a5a_o.jpg)
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti internet xidmətinə görə aylıq ödəmələrin vaxt məhdudiyyətində dəyişiklik edib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "ENA"ya daxil olmuş məlumata görə, 2019-cu ilin may ayından etibarən “Aztelekom” MMC-nin internet xidməti üzrə ödənişlər “gündəlik hesablaşma” prinsipi ilə aparılacaq.
Belə ki, artıq ödəniş günü hər ayın 5-nə qədər deyil, sonuncu ödəniş edilən gündən sonrakı 30-cu təqvim günü gələn ay üçün ödəmənin son günü müəyyən ediləcək. Hazırda isə cari ay üçün ödəniş olunmadığı təqdirdə internet xidməti dayandırılacaq.
Əlavə məlumat üçün 170 qısa nömrəsinə müraciət edə bilərsiniz.