Birjalar “neft şokunun” təkrarlanmasında həvəsli deyil
Proqnozlaşdırdığımız kimi, neftin dünya bazar qiymətində azalma müşahidə edilməkdədir.
Son 2 gündə “qara qızıl” 5 faizdən çox dəyər itirib. Neftin ucuzlaşmasının əsas səbəbi dünya iqtisadiyyatı üçün sağlam hesab edilməyən yüksək qiymətlər fonunda qlobal iqtisadi böhran riski olsa da belə,
Səudiyyə Ərəbistanın enerji nazirinin son açıqlamasndan sonra birjalarda sözügedən ölkə ətraflndakı gərginliyin qiymətləri yüksəltməyəcəyi əminliyinin formalaşması da az təsirsiz ötüşmədi. Buna paralel olaraq Amerika Neft İnstitutu isə Birləşmiş Ştarlarda hasilatı artması barədə açıqlama yaydı.
Digər tərəfdən, BP rəhbəri də nefti 1 barelinin məqbul qiymətini 60-65 dollar intervalında görür. Neft bazarı İrana tətbiq edilən yeni sanksiyaların da psixoloji və iqtisadi təsirlərinə artıq adaptasiya olundu.
Deməli, neftin qiymətinin yenidən 60 dollardək azalarsa bu heç də təəccüb yaratmamalıdır. Nəinki istehlakçılar, hətta istehsalçılar da “bahalı neft dövrünün” başlanmasında maraqlı görsənmir. Birjalar “neft şokunun” təkrarlanmasında həvəsli deyil. Bu isə o deməkdir, neft bumu dövrü bütün anlamlarda geridə qaldı.