"ABŞ azərbaycanlı fermerlərə yeni bazarlara çıxmaq üçün kömək edə bilər"
"Azərbaycanlı fermerlərə yeni bazarları, o cümlədən Qərbi Avropada, eləcə də ABŞ-da bazarları araşdırmağa kömək edə bilərik".
Bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litsenberqer Bakıda keçirilən 13-cü Azərbaycan Kənd Təsərrüfatı Sərgisi (Caspian Agro 2019) çərçivəsində deyib.
"Tədbirdə iştirak etməkdən çox məmnunam. ABŞ-ın bu sərgidə iştirakını görməkdən məmnunam. Hesab edirəm ki, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi üzrə səylərin bir hissəsi kimi ölkəyə kənd təsərrüfatı sektorunun inkişafında kömək etmək üçün ABŞ-ın böyük potensialı var", - o bildirib.
Səfir, həmçinin qeyd edib ki, ABŞ bu sahənin məhsuldarlığının artırılmasına yardım edə bilər.