BİZNES

Çin ABŞ istehsalı olan daha bir qrup məhsula gömrük rüsumu tətbiq edib

Çinin Maliyyə Nazirliyi ABŞ-dan idxal olunan 5 mindən çox məhsula 5-25%-lik gömrük rüsumu tətbiq edib. 

ENA” bu barədə Rusiya mətbuatına istinadən xəbər verir. 

Çin tərəfinin qərarı ABŞ prezidenti Donald Trampın, təxminən, 300 mlrd. dollarlıq Çin malına gömrük rüsumunun artırılması barədə qərarına cavab olub. 

Yeni gömrük rüsumları iyunun 1-dən tətbiq ediləcək. Onlar illik idxal dəyəri 60 milyard dollar olan 5 140 növ məhsul üçün müəyyən edilib. Bunlardan 2 493-ü üçün gömrük dərəcəsi 25%, 1 078 məhsul üçün 20%, 974 məhsul üçün 10%, 595 məhsul üçün isə 5%-dir. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)